Azərbaycanlı gənc oyun platforması hazırlayıb

  • 25.10.2019
  • 0

Azərbaycanlı gənc milyon dollarlıq layihələrə rəqib startap hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı sakini Orxan Rzayevin komandası ilə ərsəyə gətirdiyi "Eleven Kings "oyunu böyük marağa səbəb olub. Bu startap layihəsi dünyanın ən böyük texnologiya tədbirində iştirak haqqı qazanıb. Bununla yanaşı oyun dünyanın müxtəlif yerlərindən investorların diqqətini çəkib.

Orxan Rzayev deyir ki, layihəyə böyük rəqiblər var. Lakin onların startapının da inkişaf perspektivi yüksəkdir.

Qeyd edək ki, sentyabr ayında "Eleven Kings" oyunu "Google Play"də android istifadəçilərinə təqdim olunub. Yaxın günlərdə oyunun iOS ve Desktop versiyası da istifadəyə veriləcək.

Nə düşünürsən?