Benzinlə bağlı mühüm xəbər!

  • 25.10.2019
  • 0

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsal həcmi 7.5 milyon tona çatdırılacaq. Zavodda aparılan yenidənqurma işləri çərçivəsində isə 11 ədəd LPG çənləri gətiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyıb.

Onun sözlərinə görə, zavodda aparılan yenidən qurma işləri tam sürətlə davam etdirilir. Köhnə qurğuların təmiri, yenilərin isə tikintisi zavodun istehsal sahəsi dayanmadan həyata keçirilir. Avadanlıqların yenilənməsi isə istehsalın artmasını təmin edəcək.

İbrahim Əhmədov onu da bildirib ki, mərhələli şəkildə həyata keçirilən işlər çərçivəsində 2 mindən çox insan işlə təmin edilib.

Zavodda yenidənqurma işləri yekunlaşdıqdan sonra isə xaricdən benzin idxalına ehtiyac qalmayacaq.

Qeyd edək ki, təmir və istehsal bərabər aparıldığından hazırda zavod fəaliyyətini davam etdirir. Təmir müddətində isə 120 min tonadək Aİ-92 markalı benzinin idxalı planlaşdırılır.

Nə düşünürsən?