Tovuzda bir binada iki məktəb yerləşir

  • 25.10.2019
  • 0

Tovuzda bir binada iki fərqli məktəb yerləşir. Bu isə o deməkdir ki, bir binada iki direktor və iki fərqli müəllim və şagird kollektivi fəaliyyət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Tovuzun Alakol kəndindən gedir. Kənddə 2019-cu ildə inşa edilən 624 şagird yerlik Nurəddin Sadıqov adına müasir məktəb binasında Alakol kənd 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də yerləşib.

Yerləşmə Təhsil Nazirliyinin müvafiq icazə sənədi ilə reallaşdırılıb. Amma bu sənəddə ikinci məktəbin nə vaxtadək burada fəaliyyət göstərəcəyi qeyd olunmayıb.

Alakol kənd 1 saylı tam orta məktəbin öz binası hazırda qəzalı vəziyyətdədir. Ona görə də bu məktəbin 300 nəfər şagirdi binanın üçüncü mərtəbəsində təhsil alır.

Hər iki məktəbin 600 şagirdi bir idman zalından istifadə edir. Məktəblərdən biri birinci, digəri isə ikinci növbədə tədris aparır.

Nə düşünürsən?