Ronaldinyo meydanın mərkəzindən qol vurub

  • 12.12.2017
  • 0

Məşhur braziliyalı futbolçu Ronaldinyo baxımlı qola imza atıb. “Report” xəbər verir ki, ulduz oyunçu öz dostları ilə Braziliya futbolunun tanınmış nümayəndələri arasında təşkil edilən xeyriyyə matçında fərqlənib. O, komandasının 6:9 hesabı ilə uduzduğu görüşdə meydanın mərkəzindən qol vurub. Qeyd edək ki, Braziliya yığmasının keçmiş hücumçusu karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Meksikanın “Keretaro”, eləcə də vətənində “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro” və “Fluminese” komandalarının formasını geyinib. O, 2015-ci ildə futbolçu karyerasını başa vuraraq, futzala keçib.

Nə düşünürsən?