Polis anaları xalqa müraciət etdi!

  • 24.10.2019
  • 1K baxış
  • 0

Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.

Bizimyol.info xəbər verir ki, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər.

1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar.

"Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar" - deyə məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.

Nə düşünürsən?