“Jiquli” mikroavtobusla toqquşdu: 1 ölü, 1 yaralı

  • 24.10.2019
  • 0

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. 

APA TV-nin qərb bürosnun məlumatına görə, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb. 

1966-cı il təvəllüdlü Tapdıq Quliyevin idarə etdiyi  “Mercedes” markal mikroavtobusla “VAZ 2107” markalı minik maşını toqquşub. 

Qəza nəticəsində “VAZ 2107”nin sərnişi - 1998-ci il təvəllüdlü Qarayev İsmət Şükür oğlu hadisə yerində ölüb. 

“VAZ”da olan iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə  yerləşdililib. 

Həkimlərin səyinə baxmayaraq Qədim Ağayev keçinib. Digər yaralı - Sunay Məmmədovanın vəziyyəti ağır olduğundan Qazax Müalicə Diaqnostika mərkəzinə aparılıb. 

Qeyd edək ki, qəza zamanı mikroavtobusda da sərnişinlər olub. Onların arasında yüngül xəsarət alanlar var. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?