Polis bölməsinə aparılan sabiq futbolçu ölüb

  • 23.10.2019
  • 157 baxış
  • 0

Polis kiçik xuliqanlığa görə saxlanılan veteran oyunçunun bölmədə istilik radiatorunu qəsdən zədələdiyini, nəticədə isti sudan termal yanıq aldığını və daha sonra xəstəxanada vəfat etdiyini bildirdib.

Vşivkovun bacısı isə qardaşının ölümündə polisi ittiham edib.

Nəzarət kamerasının görüntülərində sabiq futbolçunun ölümündən əvvəl kamera yoldaşına hücum etdiyi əksini tapıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları münaqişəyə müdaxilə etməli olublar və onlar fərqli otaqlara aparılıblar.

Bundan sonra Vşivkov divara təpik vurmağa və narazılığını yüksək səslə ifadə etməyə başlayıb.

Nə düşünürsən?