Qanunsuz aksiya cəhdinə etirazlar

  • 22.10.2019
  • 0

Bakıda ictimai asayişi pozmağa yönəlmiş addımlar MM-də müzakirə olunub

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Bakının mərkəzində razılaşdırılmamış aksiyaya cəhd göstərməsi və süni qarşıdurma yaratmağa çalışması Milli Məclisdə müzakirə olundu.


Millət vəkili Siyavuş Novruzov bildirdi ki, radikal müxalfət ölkədə sabitliyi pozmağa çalışır. O, deputatları bu məsələyə münasibət bildirməyə, mövqelərini ortaya qoymağa çağırdı.


Deputat Tahir Kərimli Milli Şura rəhbərliyini yalan danışmaqda ittiham etdi.


Milli Məclis sədrinin müavini Bahar Muradovanın fikrincə, radikal müxalifətin məqsədi dövləti sarsıtmaqdır.


Milli Məclis sədrinin müavini vurğuladı ki, Azərbaycan qanunvericiliyində birbaşa göstəriş var ki, metro stansiyasının 200 metr yaxınlığında mitinq keçirmək olmaz.


Qeyd edək ki, oktyabrın 19-da Bakının mərkəzində razılaşdırılmamış aksiyaya cəhd olub. Bir qrup şəxsin ictimai asayişi pozmaq cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Nə düşünürsən?