Baş məşqçi 2 qol vurdu

  • 22.10.2019
  • 0

Türkiyə 1-ci liqasında mübarizə aparan "Karamgümrük"un həm baş məşqçisi, həm də kapitanı olan Erkan Zəngin komandasına qələbə qazandırıb. Offsideplus.az xəbər verir ki, daha əvvəl "Beşiktaş", "Trabzonspor" kimi komandalarda çıxış edən İsveç millisinin sabiq üzvü çempionatın 8-ci turunda "Osmanlıspor"la oyunda 2 qol vurub. Bununla da, o, baş məşqçi kimi yeni təyin olunduğu klubu ilə birinci matçında ilk qələbəsini qazanıb. Meydana əsas heyətdə çıxan 34 yaşlı hücumçu 2 qol vurduqdan sonra - 81-ci dəqiqədə özünü əvəzlədərək, alqışlarla meydanı tərk edib.


 

Nə düşünürsən?