20-ci saniyədə qırmızı vərəqə aldı

  • 22.10.2019
  • 0

Türkiyə Superliqasının 9-cu turunda "Konyaspor" - "Malatyaspor" görüşü qonaqlar üçün uğursuz başlayıb.

komandanın qapıçısı Serkan Kırıntılı qarşılaşmanın 20-ci saniyəsində kobud səhvə yol verərək qırmızı vərəqə alıb. 34 yaşlı qolkiper cərimə meydançasının xaricində topa əllə müdaxilə etdiyi üçün cəzalandırılıb. "Malatyaspor" bundan sonra azlıqda qalsa da, 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Malatyaspor" Superliada 13 xalla 5-ci, "Konyaspor" isə 12 xalla 8-ci pillədə qərarlaşıb.

Nə düşünürsən?