Bakıda qalib gələn erməni, Qazaxa uduzdu və dava saldı

  • 22.10.2019
  • 0

Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın “Gorilla Fighting Championship 19” qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimсana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.

Unikal.org xəbər verir ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Arutunyan üçüncü raundun sonunda rəqibin ayaq zərbəsi ilə başından zərbə alıb. Hakim Ermənistan idmançısının nokautla məğlubiyyətini qeydə alıb.

Məğlub olan Miqran Arutunyanın döyüşdən sonra azarkeşlərdən birini hədələyib. "Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün burada sənin problemin yaranacaq", - deyə o azarkeşlərdən birini hədələyib.

Bundan sonra zalda erməni və qazaxıstanlı azarkeşlər arasında əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.

Bundan sonra əlbəyaxa davaya son qoyulub. 

Nə düşünürsən?