Xalq artisti Röya Ayxan kimdir?

  • 22.10.2019
  • 0

Xalq artisti Röya Ayxan kimdir?


“Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Nəcəfova Röyalə Yaqub qızına – Röya Ayxana Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilib.

 

Bəs Röya Ayxanın kim olduğunu bilirsinizmi? Buyurun, bu videoda Röya Ayxanla və onun fəaliyyətinin bir sıra diqqətçəkən məqamları ilə tanış olun.

 

Əslən ağdamlı olan Nəcəfova Röyalə Yaqub qızı 14 iyun 1982-ci ildə Bakıda anadan olub. Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli orta məktəbi bitirib. Ali təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində alıb.

 

Səhnəyə ilk dəfə Vaqif Gərayzadənin “W-trio” qrupunda çıxıb. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayıb. 2005-ci ildə Yaltada keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində iştirak edən müğənni, "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. Elə həmin il Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konserti baş tutub. Bir il sonra o, yenidən həmin saray səhnəsində tam 3 gün "Darıxmışam" adlı proqram ilə pərəstişkarlarını sevindirib. 2006-cı il sentyabr ayının 15-ində Şəfa stadionunda, 22-də isə Milli Parkda konsertlər verməklə uğurlu fəaliyyətini davam etdirir. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlir.

 

Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsindəki bir sıra rayon və qəsəbələrdə "Doğma Diyar" adlı konsert proqramı ilə çıxışlar edir. Onun həmin layihəsi Qubada başlayır, Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində davam edir. 7 dekabr 2010-cu ildə həmkarı Zamiq Hüseynovla birgə "Doğma Diyar” lahiyəsinə paytaxtda möhtəşəm sonluq verir.

 

2011-ci ildə o, müğənni həmkarı Rəhim Rəhimli ilə birgə "RR Show" adlı silsilə konsert proqramlarına imza atır. Elə həmin il onun "Sənə görə" və "Dostumsan, yoxsa Sevgilim" adlı mahnılarına çəkdirdiyi klipləri işıq üzü görür.

 

2012-ci ildə Röyanın üzünə Türkiyə şou-biznesinin qapıları açılır. Türkiyəli bəstəkar Soner Sarıkabadayının Röya üçün yazdığı "Gönder" mahnısı tez bir zamanda qardaş ölkənin hit paradlarını daxil olur.

 

2013-cü ildə qardaş ölkədə müxtəlif konsertlərlə çıxış edən Röya, türkiyəli həmkarı Eflatunun müəllifi olduğu "Gemiciler" adlı hiti ilə növbəti dəfə diqqətləri öz üzərinə yönəldir. Həmin mahnının klipi də İstanbulda çəkilir.

 

2013-cü ildə "Taksi" filminin baş rol ifaçısı, məşhur aktyor Sami Naseri ilə birlikdə "Günahsız günahım" adlı mahnısına çəkdirdiyi klip də şou-biznesin əsas hadisəsinə çevrilir. Fransada lentə alınan bu ekran işinin Bakıdakı təqdimat mərasimində Naserinin özü də şəxsən iştirak edir.

 

Röya 2014-cü ildə ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında iki konsert proqramı ilə çıxış edir. İlin əvvəlində "Mənəm", sonunda isə "Sənə ehtiyacım var" adlı uğurlu konsertlərlə böyük uğur əldə edir. Həmin il Rusiyanın paytaxtı Moskvada "Eto ya" konsertini verən müğənni, çalışqan ulduz olduğunu bir daha isbatlayır. 2014-cü ildə "Mən sənsiz" və "Sənə ehtiyacım var" hitlərinə klip çəkdirir. 2015-ci ildə daha bir uğurlu konsert "Sən yox" adı altında “Yaşıl teatr”da baş tutur.

 

Röya Ayxan "Məhəllə", "Yanmış körpülər", "İstanbul tətili", "Aktrisa" filmlərində də rol alıb.

 

2008-2014-cü illərdə iş adamı Anar Cəlilovla nikahda olub. Onun bu nikahdan 25 oktyabr 2009-cu ildə bir oğlu dünyaya gəlib.

 

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına, 21 oktyabr 2019-cu ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı layiq görülmüşdür.

 

TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Musiqi: Puffs 2:36 Text Me Records / Social Work Pop | Sakin

Nə düşünürsən?