Qadını maşınla vurub öldürən sürücü qaçdı

  • 21.10.2019
  • 0

Sabirabadda avtomobilin vurduğu yaşlı qadın ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində - “Bayraq Meydanı”nın qarşısında qeydə alınıb. 

Yolu keçmək istəyən Sabirabad şəhər sakini -1956-cı il təvəllüdlü Abışova Zemfira Qurban qızını maşın vurub. Piyada hadisə yerində keçinib. Sürücü hadisə yerindən qaçıb. Qadının meyiti müayinə olunmaq üçün rayon morquna aparılıb. 

Hadisəni törədən şəxsin axtarışları davam edir.  

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?