Ekipaj üzvlərinin “qara” günü

  • 20.10.2019
  • 0

Rusiyanın paytaxtı Moskvadan Taylandın Phuket şəhərinə uçan “Nordwind Airlines” şirkətinə məxsus “Boeing 777” təyyarəsində baş verən insidentin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, sərxoş şəxs stüardessaları təhqir etdikdən sonra havada olan təyyarənin qapısını açmaq istəyib, ekipaj üzvləri ilə bərabər bir neçə sərnişin onu dayandırmağa çalışıb. Lakin, onlar sərxoş kişini sakitləşdirə bilməyiblər.

Sərnişinin yerə-göyə sığmadığını görən pilot, təcili olaraq təyyarəni Özbəkistana endirməyə məcbur olub. O, polisə təhvil verilib.

Şahidin bildirdiyinə görə, bundan sonra göyərtədə daha bir hadisə baş verib. Sərnişinlərdən biri ayaqyoluna girərək, qapını arxadan bağlayıb və siqaret çəkməyə başlayıb. Ekipaj üzvləri qapını çöl tərəfdən açaraq onun bu hərəkətinə son qoyublar.

 

Namiq Musayev

Nə düşünürsən?