Hava ilə bağlı son məlumat

  • 20.10.2019
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz  20-24, Bakıda gecə 15-17, gündüz  21-23 dərəcə isti təşkil edəcək.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq.  Şərq  küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz  23-28, dağlarda gecə 6-11, gündüz  13-18 dərəcə isti təşkil edəcək.

Nə düşünürsən?