Futbol azarkeşlərinin olduğu qatarda yanğın: 3 nəfər xəsarət alıb

  • 20.10.2019
  • 0

Almaniyada “Frayburq” futbol klubunun azarkeşlərinin olduğu qatarda yanğın baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 19-da yerli saatla 20.00 radələrində Berlinin Belvyu stansiyasında qeydə alınıb.

Bildirilir ki, yanğın zamanı azarkeşlər üçün xüsusi ayrılmış vaqonlarda 700 nəfər olub. Onlardan 3 nəfəri xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

Nə düşünürsən?