Qazaxıstanda
ata yola qaçan 4 yaşlı oğlunu qurtarmaq istəyərkən faciəvi şəkildə ölüb. Avtosfer.az
xəbər verir ki, insident oktyabrın 17-də Qızılorda şəhərinin Abaya Altınsarina
küçəsində qeydə alınıb. Hadisənin görüntüləri avtobusun təhlükəsizlik
kamerasına düşüb.
Kadrlarda,
anidən yolun hərəkət hissəsinə bir uşağın qaçdığı, arxası ilə də bir şəxsin
atıldığı görülür. O, uşağı qucağına alıb kənara çıxmaq istəyir, amma hərəkətdə
olan avtobus kişi ilə oğlanı vurur. Zərbənin gücündən onlar asfalta dəyərək
sürüklənir.
Polisin
məlumatına görə, 30 yaşlı kişi hadisə yerində dünyasını dəyişib, 2015-ci il
təvəllüdlü oğlan isə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə
yerləşdirilib.
Bildirilib
ki, onlar ata və oğul olub.
Hüquq-mühafizə
orqanları tərəfindən 3 maddə üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Namiq
Musayev