“Kuruluş Osman” serialı başlamadan rekord qırdı

  • 18.10.2019
  • 0

"Kuruluş Osman"un ilk fraqmanı yayımlandıqdan sonra serial satış rekorduna imza atıb.


Bax.tv publika.az-a istinadən xəbər verir ki, baş rolda Burak Özçivitin rol aldığı layihə ekranlara daxil olmasa da, artıq müxtəlif dillərə tərcümə olunaraq bir çox ölkələrə satılıb.


5 gün ərzində serialın fraqmanı sosial şəbəkələrdə 20 milyondan çox izlənib. Tizer başda ingilis, ispan, ərəb, rus və urdu dili olmaq üzrə bir çox dilə çevrilərək virtual aləmdə paylaşılıb.

Nə düşünürsən?