Ucadan gələn musiqi səsinə görə çəkic-balta ilə məktəbə girdi

  • 18.10.2019
  • 0

Dağıstanda çəkic-balta ilə silahlanmış şəxsin məktəbin dəhlizində gəzişmə görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 16-da Ulluaya kənd məktəbində keçirilən “Sağlamlıq Günü” tədbiri zaman qeydə alınıb.

Kadrlarda, əlində balta olan şəxsin məktəbin içərisinə daxil olduğu və nəyisə axtardığı görülür.

Məktəb rəhbərliyi videonu izlədikdən sonra görüntüləri polisə təqdim edib.

Bundan sonra asayiş keşikçiləri tərəfindən saxlanılan şəxs polis əməkdaşlarına, məktəbdən ucadan gələn musiqi səsinin onun övladının yatmasına mane olduğunu və o səsin bir az aşağı salınması üçün ora getdiyini bildirib.

Çəkic-baltanı isə o, həyətyanı ərazidə iş gördüyü üçün əlində olduğunu söyləyib.

İzahatı alınan şəxs sonradan sərbəst buraxılıb.

 

Namiq Musayev

Nə düşünürsən?