Torpaq istifadəçiliyində yenilik: onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə start verildi

  • 17.10.2019
  • 0

Torpaqların istifadəsinə və mühafizəsinə nəzarət planşetlər vasitəsilə ediləcək.


Bu barədəlayihənin təqdimatında Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov məlumat verib. O, deyib ki, komitətorpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, texnoloji yeniliklər tətbiq edir. Bunlardan biri Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunan planşetlərdir ki, bu sayədə torpaq sahələrinə daha sistemli şəkildə nəzarət olunur,idarəetmə mexanizmi təkmilləşir.Bu planşetlərdə torpağın təyinatı və kateqoriyası daxil olmaqla bütün məlumatlar yer alır


Digər bir yenilik isə süni intellekt və peyk imkanlarından istifadə edilərək qurulan "Torpaq Səthinin Monitorinqi və Peyk Nəzarət Sistemi"dir.


Bu yeniliklərin tətbiqi ilə torpaqlardan qanunsuz istifadə hallarının qarşısı da alınmış olacaq.

Nə düşünürsən?