Qadının təzə məşuqu köhnə aşiqi bıçaqladı

  • 17.10.2019
  • 0

Masallıda 39 yaşlı kişi bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, oktyabrın 16-da rayonun avtovağzal adlanan ərazisində əslən Bakıda məskunlaşan, əslən Füzulidən olan 1980-ci il təvəllüdlü Zaur Davud oğlu Qurbanova bıçaq zərbəsi endirilib. Zaur Davud oğlu Qurbanov Masallıya Rayon Məhkəməsindən çağırıldığı üçün gəlib. Onunla bir müddət əvvəl qeyri-rəsmi yaşadığı Nuranə Əhmədovanın arasında problemlər yaşanıb. Bakıya qayıtmaq üçün avtovağzala gələn Zaur Qurbanov orada rayonun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişovla rastlaşıb. 


N.Əhmədova ilə qeyri-rəsmi münasibətdə yaşayan şəxslər arasında mübahisə başlayıb. Nəticədə Rasim Zauru bıçaqla vurub. Z.Qurbanov təcili Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb: “Gətirilən şəxs döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub, müayinələr aparılıb və yaranın daxilə nüfuz etməməsi müəyyən olunub. Hazırda müalicəsi cərrahiyə şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxşdir”. 


Zaur Qurbanov bildirib ki, onun Bakıda bir müddət qeyri-rəsmi yaşadığı Nuranə Əhmədovadan bir övladı var. Qadın sonradan onu tərk edib və Masallı rayonuna gələrək Rasim İbişovla qeyri-rəsmi yaşamağa başlayıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?