İtkin düşən balıqçı ilə bağlı yeni məlumat yayıldı

  • 17.10.2019
  • 0

10 gün öncə Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncunun axtarışları davam etdirilir.


Dənizdə itkin düşən balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu və Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb edilib.


Qeyd edək ki, oktyabrın 8-i gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar. Balıqçılardan 3-ü tapılsa da, birindən bu günə kimi xəbər çıxmayıb.

Nə düşünürsən?