İdarəetmədən çıxan “KİA” bir neçə məktəblini vurdu – ANBAAN GÖRÜNTÜ

  • 17.10.2019
  • 0

Türkiyənin Düzcə vilayətində avtomobilin məktəblilərin üzərinə sürülməsi görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün D-100 magistral yolunun Çilimli rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Mustafa G.-nin idarə etdiyi 81 FA 901 qeydiyyat nömrə nişanlı “KİA” markalı minik avtomobili, əsas yoldan ikinci dərəcəli yola keçid etdiyi zaman idarəetmədən çıxıb. Bundan sonra sərt manevrlər edərək irəliləyən “KİA” qarşıdan gələn bir qrup məktəblinin üzərinə hərəkət edib. Üstlərinə avtomobilin gəldiyini görən məktəblilərdən bir neçəsi cəld tərpənərək özlərini kənara atıblar. Lakin onlardan ikisi buna macal tapmayıblar, onları avtomobil vurub.

Nəticədə şagirdlərdən Muhəmmər Enes A., xəsarətlər alaraq, hadisə yerinə gələn ambulansla Atatürk Dövlət Xəstəxanasına çatdırılıb.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

Nə düşünürsən?