Mina açıq-saçıq geyimindən danışdı: "Mən nə vaxt molla olmuşam ki?"

  • 17.10.2019
  • 0

Müğənni Mina Hüseyn açıq-saçıq geyimləri ilə tez-tez gündəmə gəlir. 

 

Müğənni AZXEBER.COM-a açıqlamasında onu geyiminə görə tənqid edənlərə cavab verib. 

 

"Elə geyimləri ilk dəfə geyinənlərdən deyiləm. Vaxtı ikən xalq artistlərimiz, əməkdar artistlərimiz də elə geyiniblər. Mən gənc nəslin nümayəndəsiyəm, elə geyinməyim normaldır. Məndən də açıq-saçıq geyinib, şəhərdə gəzən insanlar var. Mən sənətçiyəm, efir adamıyam açıq geyinməyim normaldır  O cür geyinib, şəhərə çıxmıram ki. Hərdən yazırlar ki, belə geyimlərdə səni görmək istəmirik. Mən nə vaxt molla olmuşam ki? Həmişə belə geyinmişəm".

Nə düşünürsən?