Hong-Kong rəhbərinin parlamentdə çıxışına yenə imkan verilmədi

  • 17.10.2019
  • 0

Müxalif deputatlar Hong Kongun başçısı Kerri Lamın parlamentdəki nitqini yenidən pozublar. 

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RTHK yayım korporasiyasından məlumat verilib.

Bildirilir ki, müxalifətçilər liderin çıxışını qışqırıqlarla kəsiblər, buna görə də o, kürsüdən düşməyə məcbur olub.

Lam, illik mesajından sonra millət vəkillərinin suallarını cavablandırmaq niyyətində idi. Müxalif deputatlar dünən də onun çıxışına mane olmuşdular.

Xüsusi inzibati bölgənin başçısı mesajı videokameralar qarşısında oxumağa məcbur olub. Bunula belə o çıxışında daxili siyasi böhrana diqqət yetirməyib.

Nə düşünürsən?