Əfsanəvi futbolçu canlı yayımda göz yaşı tökdü

  • 17.10.2019
  • 0

"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan - İngiltərə (6:0) oyunu futboldan və hesabdan daha çox meydan sahiblərinin azarkeşlərinin hərəkətləri müzakirə mövzusu oldu. Bolqar fanatlar faşist salamı verib, rəqibə qarşı irqçi hərəkətlər etdi.


Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylovun istefasına səbəb olan olaylar ölkənin əfsanəvi futbolçularında olan Xristo Stoiçkova da pis təsir edib.


Fanat.Az xəbər verir ki, veteran futbolçu oyundan sonra İspaniyanın TUDN kanalında çıxışı zamanı sərt cəzaların verilməsini istəyib.


"Əlbətdə daha sərt cəzalara ehtiyac var. Bu azarkeqlər stadionlara buraxılmamalı, hətta ağır şəkildə cəzalandırılmalıdı. İngiltərədəki kimi 5 il stadionlara girişlərinə məhdudiyyət qoyulmalıdı ki, insanlar bir daha acı çəkməsin. Siz mənim burda özümü rahat hiss etdiyimi düşünürsünüz?" deyən Stoiçkov göz yaşlarına hakim ola bilməyib.

Nə düşünürsən?