ABŞ boksçusu rinqdə aldığı zərbədən ölüb

  • 17.10.2019
  • 0

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

"Report"un məlumatına görə, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman başsağlığı verib. 

Nə düşünürsən?