Qazax rayonunda evdən oğurluq edilib

  • 16.10.2019
  • 0

Qazax rayonunda evdən oğurluq edilib.



Hadisə şəhərin Mehdi Hüseyn küçəsi, 12 ünvanında yerləşən mənzildə qeydə alınıb.

Belə ki,rayon sakini, Nigar İsmayılova ona məxsus evdən son 6 ay ərzində 2 dəfə oğurluq edildiyini iddia edib. Onun sözlərinə görə,oğurluq hadisəsi onların Bakı şəhərində olduğu günlərdə törədilib:"Evdən məişət avadanlıqları, bəzi ev əşyaları, dəyəri 300 manat olan antik samovar vəqış üçün tədarük məqsədiləevinzirzəmisində saxlanılanqida məhsulları da oğurlanıb".


Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?