`Google`dan hamını heyrətləndirəcək smartfon

  • 16.10.2019
  • 0

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilmiş kamera ilə təchiz edilib. Oktyabrın 24-də satışa çıxarılacaq aparatın başlanğıc qiyməti 799 dollar təşkil edəcək.


“Google”un nümayəndəsi Sabrina Ellis deyib ki, “Pixel 4” əl hərəkətlərinə reaksiya verən radar sensoru ilə təchiz edilmiş ilk smartfondur. İndi əl çalmaqla zəngin səsini söndürmək mümkündür və aparatı ələ götürən kimi sifətin tanınması sistemi işə düşür.


Smartfonun kamerası HDR texnologiyasını dəstəkləyir, istilik ötürmə və teleobyektiv funksiyaları, təkmilləşdirilmiş portret çəkilişi və zəif işıqda daha mükəmməl kadrların çəkilməsi imkanı ilə təchiz edilib.


“Pixel 4” aparatının diktofonu, həmçinin təkmilləşdirilib. Diktofon indi yalnız səsi qeydə almır, həm də real vaxt rejimində eşidilənlərin stenoqramını hazırlayır.


Ellis məlumat verib ki, yeni smartfon eyni funksiyalar dəstinə malik olmaqla üç ölçüdə, həmçinin üç rəngdə (qara, ağ və narıncı) əlçatan olacaq. Artıq indi ilkin sifariş etmək mümkündür.


Xatırladaq ki, “Pixel” istehsal xəttinə məxsus smartfonların əvvəlki modeli 2018-ci ildə təqdim edilib.

Nə düşünürsən?