Sevinc Abbasovaya cəza istənildi

  • 16.10.2019
  • 0

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.

Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

Nə düşünürsən?