Türkiyə konsulluğunda “Barış bulağı” əməliyyatı barədə məlumatlar verildi

  • 15.10.2019
  • 0

Türkiyə ordusunun Suriya ərazisində başladığı “Barış bulağı” əməliyyatı ilə Gəncədə media nümayəndələrinə məlumatlar verilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Baş konsul Zeki Öztürk bunun qaçılmaz olduğunu deyib. Əlavə edib ki,  artıq 8 ildir aparılan danışıqlar nəticə vermədiyindən Türkiyə tərəfi bu addımı atmaq qərarına gəlib: “Bu kimi əməliyyatlar zaman-zaman keçirilib.

“Barış bulağı” əməliyyatının keçirilməsində məqsəd sərhəd təhlükəsizliyini təmin etmək, terror koridoruna əngəl olmaq, terror hücumları və terror təşkilatları PKK/PYD-nin bölgədəki demoqrafiyanı pozmasını əngəlləmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınları yerləşdirməkdən ibarətdir”.

Nə düşünürsən?