Şəhərin mərkəzində sürücünü döyüb maşından 6 milyon apardılar

  • 15.10.2019
  • 0

Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər sürücüyə hücum edərək avtomobildən külli miqdarda pul aparıblar. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 14-də Leninskiy prospekti, ev 81-in qarşısında baş verib. Göstərilən ünvanda, 6 silahlı naməlum şəxs, müəyyən olunmayan silahlarla sürücünü döyüb hədə-qorxu gələrək maşından 6 milyon rubl (159 min AZN) olan çantanı götürərək, gəldikləri 3 nəqliyyat vasitəsinə minərək qaçıblar. Bundan sonra zərərçəkən rayon üzrə polis şöbəsinə şikayətlə müraciət edib.

Polis cinayətkarların axtarışlarına başlayıb.

"RenTV" portalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, quldurların soyğun zamanı istifadə etdikləri avtomobilləri Leninskiy prospektində tərk edilmiş vəziyytədə tapıblar.

Namiq Musayev

Nə düşünürsən?