Avtomobil elektrik dirəyinə büküldü: 3 dost öldü, 1-i isə ağır yaralandı

  • 14.10.2019
  • 0

Türkiyənin Qaziantep vilayətində 3 nəfərin ölümü və 1 nəfərin də ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gecə Mücahidlər məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əli Ərfidan dayısından sürmək üçün götürdüyü 27 PA 345 qeydiyyat nömrə nişanlı minik avtomobillə 3 dostu ilə birgə gəzməyə çıxıb. Ərfidanın yüksək sürətlə idarə etdiyi minik avtomobili, idarəetmədən çıxaraq betondan olan elektrik dirəyinə çırpılıb. Toqquşmanın gücündən avtomobil deformasiyaya uğrayıb.

Nəticədə Ali Erfidan, Kamil Kəskin (17), Hakan Gançoğlu (18) aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər. Feridun Duran (18) isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

Nə düşünürsən?