Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular

  • 14.10.2019
  • 0

Təranənin mənə vurduğu zərbələri heç Allah belə vurmayıb. Onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib.

Bax.tv oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” verlişində dilə gətirib. 

Sənətçi prodüser Təranə Səmədova ilə evliliyindən danışaraq, eks həyat yoldaşının onun başına açdığı oyunları gün üzünə çıxarıb.

“Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə qarşı etdiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib.

Kərim Təranənin ucbatından vəfat etmiş atası və qardaşının ona ölüm planı hazırladığını deyib:

“Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər.

Pilləkəndə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim”.

Nə düşünürsən?