Ərdoğan Azərbaycana səfərə yola düşüb

  • 14.10.2019
  • 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Dövlət başçısı Bakıya doğru yola çıxmamışdan əvvəl hava limanında mətbuat konfransı keçirib, səfərlə bağlı sualları cavablandırıb.

R.T.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Türkiyə Prezidenti təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

R.T.Ərdoğanın səfəri oktyabrın 15-də başa çatacaq.

Nə düşünürsən?