Yaşlı sürücü “Renault”la iki piyadanı birdən vurdu

  • 14.10.2019
  • 0

Rusiyanın Nijnem Novqorod şəhərində minik maşını iki piyadanı birdən vurub. Avtosfer.az xəbər verir ki, insident ötən cümə günü “Oktyabr İnqilabı” küçəsində qeydə alınıb.

Məlumata görə, 69 yaşlı sürücü idarə etdiyi “Renault Logan” markalı avtomobillə naməlum səbəblərdən anidən manevr edərək, əvvəlcə piyada keçidindən keçən 14 yaşlı məktəblini sonra da tramvaya minmək istəyən 55 yaşlı qadını vurub və bunun ardından da heç nə olmamış kimi yoluna davam edib.

Çırpılmanın gücündən hər iki piyada havaya qalxaraq asfalta dəyiblər.

Nəticədə məktəbli və yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə “təcili tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıblar.

Baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Nə düşünürsən?