Azərbaycan İran sərhədində insident əsgər yaralandı

  • 14.10.2019
  • 0

Azərbaycan-İran sərhədində indsident baş verib.


APA TV-nin Dövlət Sərhəd Ximətinə (DSX) istinadən məlumatina görə, hadisə gündüz saatlarında “Horadiz” sərhəd dəstə¬si¬nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında - xidməti ərazidə müşahidə olunub.


Təqib edilən sərhəd pozucusunun qamışlıqda gizləndiyi məlum olub. O, müqa¬vimət gös¬tər¬ib, üzərindəki soyuq silahla bir sərhədçiyə xə¬sarət yetirib. Hərbi qulluqçuya tib¬bi yardım gös¬tərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari¬xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub. 

Sərhəd pozucusu Azərbaycan vətəndaşıdır. 


Tərtər rayo¬nu sakini, 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu barəsində cinayət işi açılıb. 

Nə düşünürsən?