İsmayıllıda sərnişin mikroavtobusu aşdı

  • 14.10.2019
  • 0

İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


"Mercedes Vito" markalı sərnişin mikroavtobusu yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Hadisə nəticəsində 5 nəfər: Göyçay şəhər sakinləri - 1980-ci il təvəllüdlü Elşad Nəriman oğlu Gözəlov, 1980-ci il təvəllüdlü Tərlan Ələddin oğlu Əfəndiyev, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri - 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?