Azərbaycanda dəhşətli qəzadan görüntü: Maşın tanınmaz halda

  • 13.10.2019
  • 0

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.


Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Faktla bağlı araşdırma aparılır.