“BMW” dirəyə çırpılaraq ikiyə bölündü: 2 ölü, 2 ağır yaralı

  • 13.10.2019
  • 0

Belarusun Qomel şəhərində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən axşam şəhərin Sovet küçəsində qeydə alınıb.

Məlumata görə, 1998-ci il təvəllüdlü şəxs idarə etdiyi “BMW” markalı avtomobili ilə hərəkətdə olan zaman sükan idarəetməsini itirərək əvvəlcə səkidə dayanan bir neçə piyadanı vurub sonra isə işıq dirəyinə çırpılıb. Qəzanın şiddətində avtomobil iki hissəyə bölünüb.

Nəticədə sürücü və 1976-cı il təvəllüdlü qadın hadisə yerində dünyasını dəyişib, daha 2 piyada isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

Nə düşünürsən?