Avtomobil oğurlamağa gəldi, peşman oldu: atdığı kərpic bumeranq kimi qaydıb sifətinə dəydi - VİDEO

  • 13.10.2019
  • 0

Britaniyada tragikomik avtomobil oğurluğuna cəhd təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, park edilmiş avtomobilin yanına bir şəxsin yaxınlaşdığı görülür. Bir müddət ətrafa göz gəzdirən şəxs, yerdən kərpici götürür və avtomobili qaçırmaq məqsədilə yan şüşəsinə zərbə endirir. Bu anda kərpic şüşəyə dəyib geri qayıdaraq onun sifətinə dəyir. Ağrılar içində bir az üzünü tutan cinayətkar hadisə yerindən qaçaraq gizlənmək istəyib.

Yerli medianın yazdığına görə, o, çox uzağa gedə bilməyi, polis tərəfindən saxlanılıb.

 

Namiq Musayev

Nə düşünürsən?