Billurə Bernard kimdir?

  • 13.10.2019
  • 0

Billurə Bernard kimdir?

 


Bu video Lahıcda doğulan, fransızla evlənən, hazırda Nigeriyanın Laqos şəhərində yaşayan azərbaycanlı sahibkar xanım Billurə Bayramova-Bernard haqqındadır.


Ölkəmizi xaricdə uğurla tanıdan soydaşlarımız arasında son zamanlar adını tez-tez eşitdiyim bir xanım var. Billurə Bernard. Bəs Billurə Bernardın kim olduğunu bilirsinizmi? Buyurun, bu videoda Billurə xanım ilə tanış olun.

 

Billurə Əvəz qızı Bayramova 17 yanvar 1981-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Orta məktəbi Lahıcda bitirib. Ali təhsilini Bakıda alıb. Belə ki, o, Təfəkkür Universitetində ingilis dili, Azərbaycan Dövlət İqtisad Universitetində isə maliyyə istiqaməti üzrə ali təhsil alıb. Daha sonra isə xaricdə təhsil almaq arzusunu gerçəkləşdirərək, İsveç Krallığının Lund Universitetində iqtisadiyyat üzrə magistratura təhsili alıb.

 

2006-cı ildə tanış olduğu Fransa vətəndaşı Anton Bernard ilə 2011-ci ildə Bakıda ailə qurub. 1 il sonra – 2012-ci ildə Fransaya köçürlər. Bir müddət Fransada yaşadıqdan sonra, həyat yoldaşının işlədiyi neft şirkəti ona Nigeriyada işləmək təklifini irəli sürür. Anton Bernard iş təklifini qəbul edir və onlar 2013-cü ilin oktyabr ayında Nigeriyaya köçürlər.

 

Hazırda Nigeriyanın Laqos şəhərində yaşayan Bernard ailəsinin 3 oğlu var. Nigeriyada bir çox təşkilatlarda könüllü kimi də işləmiş Billurə xanım ölkəmizlə bağlı bir sıra layihələr həyata keçirir. Hətta orada Azərbaycanın Dostları Təşkilatını yaradıb və onun rəhbəridir. Həyat yoldaşından hər zaman dəstək görən Billurə xanımın fəaliyyəti nəticəsində Nigeriyanın televiziya kanallarında ölkəmizlə bağlı maraqlı verilişlər efirə gedir. O, həmin verilişlərdə milli xörəklərimizi hazırlayır, ölkəmizin tarixi, mədəniyyəti haqda məlumatlar verir. Laqos şəhərində keçirilən Banana Mədəniyyət Festivalında və başqa tədbirlərdə Azərbaycan mətbəxini nümayiş etdirir.

 

Nigeriyada öz biznesinə də başlayan Billurə xanım evində xarici vətəndaşlar üçün yemək kursları təşkil edir. Onun bu kursları çox sevilir və tələbat artır. Billurə xanım “Cuisine Chez Billura” adlı şirkət qurur. Avropada gördüyü bir modeli Nigeriyada tətbiq edir. Belə ki, Avropada bir çox insan evini restoran edərək, bişirdikləri yeməkləri müştərilərə təqdim edir. Billurə xanım da Nigeriyadakı evini restoran edib, müştəriləri dəvət etməyə başlayır. Restorandan əldə etdiyi gəlirlərlə isə o, Azərbaycanın təbliği ilə bağlı işlər görür. Hətta 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Nigeriyada böyük bir konsert proqramı təşkil edib.

 

Bilurə xanım sahibkarlıq fəaliyyətindən gələn gəliri hesabına Nigeriyada məktəb də tikdirib. Tikintisinə 2008-ci ildə start verilən, lakin maliyyə problemləri üzündən yarımçıq qalan Nigeriyanın Obite kəndində yerləşən Mainrad adlı orta məktəbin tikintisinin başa çatdırılmasında onun böyük köməyi olub.

 

Billurə xanıma gələcək fəaliyyətində uğurlar!

 

Billurə Bayramova-Bernard, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri, Azərbaycanın Dostları, Billurə Bayramova, Billurə Bernard, Billura Bernard, Billurə Bayramova, Nigeriyada Azərbaycan, Antoine Bernard, Lagos, Lahıc, İsmayıllı, Lund Universiteti, Obite, Mainrad, Cuisine Chez Billura


Musiqi: YouTube Library ➡ Forgiveness NEW 3:24 Patrick Patrikios Dans ve Elektronik | Neşeli


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk

Nə düşünürsən?