İnsanda olan dəhşətli fil xəstəliyi nədən yaranır?

  • 12.10.2019
  • 0

Bəzən qəribə xəstəliklərlə qarşılaşdığımızda öz sağlamlığımıza şükür edirik. Çünki, dünyada elə nadir nadir xəstəliklər  var ki, onlar  insanı öldürmür, lakin  bütün həyatı boyu  süründürür. 


Oxu24.com  dünyadakı ən qəribə və maraqlı xəstəliklərdən bəziləri haqqında məlumatı təqdim edir: 


Elephantiasis (Fil xəstəliyi)

Bu xəstəlik adətən tropik iqlimdə yaşayan insanlarda müşahidə olunur. Əsasən moskit parazitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və onlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baŞ verir. Hipertrofiyaya uğramıŞ ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır. 

Nə düşünürsən?