Загрузка...

Sərnişin avtobusu aşdı: 4-ü ağır olmaqla, 29 nəfər yaralanıb

12.10.2019 | 171 | 0

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident Gənc rayonunun Doğanca qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ərzurum - Diyarbəkir reysi ilə hərəkət edən, 12 AGG 10 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, Fuad Qorxudanın idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Nəticədə 29 nəfər xəsarət alıb. Yaralılar ambulanslarla xəstəxanalara çatdırılıblar. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Namiq Musayev

yüklənir...
Nə düşünürsən?