Gəncə sakini torpaq üstündə qonşusunu qətlə yetirdi

  • 12.10.2019
  • 0

Gəncədə qətl hadisəsi baş verib.


Hadisə Kəpəz rayonunda, Depo qəsəbəsində qeydə alınıb.


Şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib. Mübahisədən sonra Akif İsmayılov özü ilə gətirdiyi qoşalülə ilə Z. Kərimovu güllələyib. Z.Kərimov aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


APAqətlin təfərrüatını əldə edib. Bildirilir ki, 30 yaşlı Zeynalabdin Kərimov sözügedən torpaq sahəsini yeni alıbmış və orda ev tikdirmək istəyirmiş. Mübahisəyə səbəb qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi olub. Z. Kərimov bu gün hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Bu zaman onların arasında mübahisə düşüb. A.İsmayılov onu güllələyəcəyi ilə hədələyib. Daha sonra həmin şəxs çölə çıxaraq həyətin qapısını bağlayıb, yaşadığı evdən tüfəngi gətirərək Z.Tağıyevə atəş açıb. Həyətin qapısı bağlı olduğundan Z.Tağıyev qaça bilməyib. Qonşuların sözlərinə görə, onların arasında əvvəllər mübahisə olmayıb.


Hadisəni törədən A.İsmayılov ovçu imiş. O, hadisədən sonra qətli törətdiyi tüfənglə bərabər polisə gedərək təslim olub.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?