Qorxunc partlayışın astanasında: Avropanın başında qara təhlükə dolaşır

  • 12.10.2019
  • 0

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı fəallaşmağa başlayıb.


Bu barədə İtaliya Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.


Etnanın şimal-şərq yamacının yuxarı hissəsində quraşdırılmış xüsusi kameralar ilk püskürməni qeydə alıb. Kiçik partlayışlar və vulkanik külün güclü axını müşahidə olunub.


Boz tüstünün sütunları artıq Etnanın üstündən aydın görünməyə başlayıb.


Vulkanoloqlar vəziyyəti nisbətən sakit kimi qiymətləndirir. Ancaq vulkanik külün yayılması Kataniya şəhəri üzərindəki hava məkanını qismən bağlamaq ehtiyacına səbəb olub.


Etna Avropadakı ən yüksək aktiv vulkandır./teleqraf

Nə düşünürsən?