“BMW” avtobus dayanacağına çırpıldı: 3 qadın öldü

  • 12.10.2019
  • 0

Türkiyənin Çanaqqala vilayətində avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Biga rayonunda qeydə alınıb.

Məlumata görə, M.C.O.-nün idarə etdiyi 34 US 327 qeydiyyat nömrə nişanlı “BMW” markalı avtomobil idarəetmədən çıxaraq dayanacaqda avtobus gözləyən 3 qadını vurub. Qəzanın şiddətindən qadınlar ətrafa sürükləniblər,  “BMW” isə yol kənarına aşıb.

Nəticədə Fadimə Balkan Durmaz, Ulduz Böyük və Saniyə Ağaydın aldığı xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Sərxoş olduğu deyilən sürücü və sərnişin saxlanılaraq polis şöbəsinə aparılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Nə düşünürsən?