Qubada qəpik oğrusu tutuldu

  • 12.10.2019
  • 0

Qubada metal qəbulu məntəqəsindən oğurluq ediblər.


APA TV-nin şimal bürosunun məlumatına görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxsi saxlayıb. 


Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov dindirilmə zamanı əməlini etiraf edib: “Qubaya getmişdim. “Metallom” tərəfdən keçəndə fikirləşdim ki, orda babat pul olar. Qapıları sındırıb, içəri girdim. Dolabda qəpiklər var idi, saydım, 110 manat idi. Götürüb, çıxdım, kamera var idi, onu da sındırdım. Elədiyim əmələ görə çox peşmanam”.


Faktla bağlı araşdırma başlanıb.

Nə düşünürsən?