Azərbaycanda qayınana gəlini diz çökdürüb oğlunun ayağından öpdürdü

  • 12.10.2019
  • 0

Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində Aynaz adlı qadının danışdıqları hər kəsi dəhşətə gətirib.


AzNews.az xəbər verir ki, iki uşaq anası oğul övladının atası tərəfindən oğurlandığını bildirib və onun geri qaytarılması üçün proqramdan yardım istəyib. O, ər evində başına gətirilən dəhşətlərdən danışıb.


Qadın bildirib ki, qayınanası 6 günlük övladı ilə onu şantaj edərək diz çökdürüb və ərinin ayaqlarından öpməyə məcbur edib. Qadın övladı üçün bu addımı atıb.


Onun bu sözləri verilişdəki hər kəsi dərindən sarsıdıb.

Nə düşünürsən?