Təhlükəsizlik nazirinə hücum oldu -Helikopterlə aparıldı

  • 11.10.2019
  • 0

İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.


Bu barədə Oxu24.com "The Jakarta Post"a istinadən xəbər verir.


Hücum nəticəsində nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.


Bildirilib ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.


Hücum faktı ilə əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.

Nə düşünürsən?